EN

“Eşref Rüya”da yeni simalar – FOTOLAR

Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Eşref Rüya”nın heyətinə daha iki məşhur qatılıb.

“Cebheinfo.az” xəbər verir ki, Galip Erdal və Muttalip Müjdeci də ekran işində çəkiləcək.

G.Erdal layihədə “Kasap”, M.Müjdeci isə “Kaptan” obrazına həyat verəcək.

59 yaşlı Galip Erdal karyerası ərzində “Kurtlar Vadisi”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Arka Sokaklar”, “Ramo”, “Gelsin Hayat Bildiği Gibi” və “Ben Bu Cihana Sığmazam” kimi unudulmaz seriallarda rol alıb.

53 yaşlı Muttalip Müjdeci isə “Çukur”, “Uyanış: Büyük Selçuklu”, “Üç Kuruş” və “Yargı” kimi iddialı ekran işlərində çəkilib.

Qeyd edək ki, “Eşref Rüya”nın ikinci mövsümü 17 sentyabrda başlayacaq.

Chosen
41
1
cebheinfo.az

2Sources