EN

Eyfel qülləsinə 72 alim qadının adı yazılacaq

Bakı. Trend:

Eyfel qülləsinin birinci mərtəbəsinə yaxın iki il ərzində 72alim qadının adı qızıl hərflərlə həkk olunacaq. Bu təşəbbüs Parisbələdiyyəsi, Eyfel Qülləsinin İstismarı Cəmiyyəti (SETE) və“Qadınlar və Elm” (Femmes & Sciences) assosiasiyasının birgətəşəbbüsü ilə həyata keçirilir.

Trend xəbərverir ki, layihənin məqsədi qadın alimlərin tarixdə görünməzqalmasına qarşı mübarizə aparmaq və onların elmdə tutduqları yerəlayiq şəkildə tanıdılmasıdır.

1889-cu ildə inşa edilən Eyfel qülləsinin fasadına GustaveEiffelin təşəbbüsü ilə 72 fransız alim və mühəndis kişinin adı həkkolunmuşdu. Bunların arasında bir dənə də qadın adı yoxdur. İndi isəbu balanssızlığı düzəltmək üçün ilk dəfə olaraq 72 alim qadının adıhəmin yerə əlavə ediləcək. “Bu qərar qadınların görünməzliyinəqarşı simvolik və tarixi bir cavabdır. Onlara layiq olduqları yerigeri vermək istəyirik,” – deyə Paris bələdiyyəsi açıqlayıb.

Qadın alimlərin adlarını seçən komissiya artıq işiniyekunlaşdırıb. Seçilmiş alimlər 1789-cu ildən günümüzə qədəryaşamış və artıq vəfat etmiş, elm, texnologiya, mühəndislik vəriyaziyyat sahələrində ixtisaslaşmış, elmi nailiyyətləri həmkarlarıtərəfindən əsaslı və həlledici kimi tanınmış qadınlardan ibarətolacaq. Alimlərin adları hər biri 60 sm hündürlüyündə və 5 smqalınlığında qızıl hərflərlə Eyfel qülləsinin birinci mərtəbəsininfasadında eyni tip qrafikada yazılacaq. Layihə iki il ərzindətamamlanacaq, adların dəqiq siyahısı isə 2025-ci ilin dekabr ayındaaçıqlanacaq.

Layihənin növbəti mərhələsi Paris bələdiyyəsinin rəsmitəsdiqidir. Təsdiqləndikdən sonra elmə, bərabərliyə və yaddaşaverilən önəmin bir simvolu kimi qadın alimlərin adları dünyanın ənməşhur abidələrindən biri olan Eyfel qülləsinin divarlarında əbədiyer alacaq.

Chosen
60
9
az.trend.az

10Sources