EN

Boş qalan yerlərə qəbul olanların nəzərinə!

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bu gün saat 11:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. 

Bildirilib ki, boş qalan yerlərə qəbul olunan abituriyentlər (subbakalavrlar) 9 sentyabrdan etibarən portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Seçim prosesi 15 sentyabra (saat 18:00-dək) qədər davam edəcək.

Qeyd edilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində eyni qaydada qeydiyyatdan keçə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
49
qafqazinfo.az

10Sources