EN

Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, mərasim 17 sentyabr tarixində "Holiday INN” otelində baş tutacaq. 

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
 
Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq və saat 15:00-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.

Chosen
74
3
fanat.az

3Sources