EN

"Trabzonspor" Andre Onana ilə razılaşdı

Türkiyənin "Trabzonspor" klubu, Kamerunlu qapıçı Andre Onana ilə anlaşıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Onana cümə axşamı Türkiyəyə gələcək.

"Trabzonspor", Uğurcan Çakırı "Qalatasaray"a göndərdikdən sonra qapıçı mövqeyini dünyaca məşhur bir adla möhkəmləndirməyə hazırlaşır. Klub, "Mançester Yunayted" ilə razılığa gəlib və Andre Onana ilə transfer barədə anlaşma əldə edib.

İtalyan jurnalisti Fabrizio Romanonun verdiyi məlumata görə, Onana cümə axşamı Türkiyəyə gələcək və burada tibbi müayinədən keçdikdən sonra 1 illik müqavilə imzalayacaq.

Kamerunlu qolkiperin "Trabzonspor"la olan müqaviləsi bu mövsüm üçün nəzərdə tutulub.

Chosen
98
22
manset.az

10Sources