EN

Azərbaycan millisinin Kanada və Latviya ilə oyunlarının vaxtı bəlli olub

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların tarixi dəqiqləşib.

Basketbol Federasiyasından İdman.biz-ə verilən məlumata görə, həlledici mərhələdə yığmamızla yanaşı, Niderland, Kanada, "Rapid", İspaniya, "Ulaanbaatar Amazons", Latviya və "Şanxay Redvinqs" komandaları iştirak edəcək.

Komandamız B qrupunda sentyabrın 13-də, saat 11:25-də Kanada, 13:25-də Latviya və 16:55-də "Rapid"lə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın ilk dəfə qatılacağı Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13-14-də Şanxayda olacaq.

İdman.biz

Chosen
45
1
idman.biz

2Sources