Müğənni Murat Dalkılıç uzun müddətdən sonra yeni sevgilisi ilə görüntülənib.
Far.Az xəbər verir ki, sənətçi aktrisa sevgilisi Özgü Kaya ilə məkanlardan birindən çıxarkən kameralar tuş gəlib.
4 aydır eşq yaşadığı iddia edilən cütlük ərazidən əl-ələ ayrılıblar.
Onların arasındakı yaş fərqi müzakirələrə səbəb olub. Belə ki, Murat 42, Özgü Kaya isə 29 yaşındadır.