Azərbaycanın "Gimnastika hamı üçün" növü üzrə məşqçiləri Ayna Məmmədova və Alfiya Mantova Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunan Avropa Gimnastikasının ənənəvi tədbiri – "4th Educational Long Weekend"ə qatılıb.
Rekord.az xÉ™bÉ™r verir ki, tÉ™limlÉ™r zamanı müxtÉ™lif Avropa ölkÉ™lÉ™rindÉ™n olan mütÉ™xÉ™ssislÉ™r "Gimnastika hamı üçün" istiqamÉ™tindÉ™ tÉ™crübÉ™ mübadilÉ™si aparıb, seminar vÉ™ praktiki məşğəlÉ™lÉ™rdÉ™ iÅŸtirak ediblÉ™r.Â
İştirakçılara bu sahədə yeni metodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanın inkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdim olunub.
Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və geniş kütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.
Qeyd edək ki, 15 ölkədən 33 iştirakçı yer aldığı tədbirdə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, Avropadakı milli nümayəndə Ruslan Eyvazov da iştirak edib.