EN

Daxili qoşunların fəaliyyətinin təmin edilməsinə dair tədbirlər həyata keçiriləcək

Bakı. Trend:

Daxili qoşunların fəaliyyətinin təmin edilməsina dair tədbirlərhəyata keçiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət orqanları (qurumları) və yerliözünüidarəetmə orqanları daxili qoşunların qanunla müəyyən olunmuşfəaliyyətinin təmin edilməsi üçün onlara köməkgöstərməlidirlər.

Xüsusi əməliyyat keçirilərkən, habelə fövqəladə və ya hərbivəziyyət rejiminin təmin edilməsi və fövqəladə vəziyyətin, habeləsosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş hallarınnəticələrinin aradan qaldırılması vəzifələri yerinə yetirilərkənmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)qərarına əsasən həmin ərazidə dövlət orqanları (qurumları),mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütünmüəssisə, idarə və təşkilatlar ödənişsiz olaraq ilk növbədə:

  • hərbi qulluqçularının və maddi-texniki vasitələrinindaşınmasına nəqliyyatın bütün növləri, o cümlədən hərbi havanəqliyyatı vasitələri ilə daxili qoşunlara kömək göstərəcəklər,dəmiryol stansiyalarında, hava və su limanlarında onlarınsaxlanılması üçün yerlər ayıracaqlar və ya nəqliyyat vasitələrinidaxili qoşunların müvəqqəti istifadəsinə verəcəklər;
  • idarəetmə sisteminin və fasiləsiz əlaqənin yaradılması üçündaxili qoşunlar üçün rabitə xətləri və kanalları ayıracaqlar.
Chosen
65
1
az.trend.az

2Sources