EN

Daxili qoşunlar barədə məlumatların yayılmasına məhdudiyyət təklif olunur

BAKI, 9 sentyabr. TELEQRAF

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitəyə daxil olan layihəyə əsasən daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilməyəcək.

Layihəyə əsasən, daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilə biləcək.

Chosen
10
1
teleqraf.com

10Sources