EN

Azərbaycanlı iş adamının klubu müflis elan olundu

Rusiyanın Moskva vilayətinin Arbitraj Məhkəməsi “Ximki” futbol klubunu müflis elan edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Klub iyunun 18-də fəaliyyətini dayandırıb. Daha əvvəl "Ximki" maliyyə çətinlikləri səbəbindən Rusiya Premyer Liqasının (RPL) cari mövsümündə iştirak etmək üçün lisenziya ala bilməyib.

"Ximki" 1997-ci ildə yaradılıb. Komanda ilk dəfə 2007-ci ildə yüksək diviziona yüksəlib.

Chosen
11
5
publika.az

10Sources