EN

“Mançester Yunayted”in yeni transfer hədəfi müəyyənləşib

“Mançester Yunayted” müdafiə xəttini gücləndirmək niyyətindədir.

idmanxeber.az xəbər verir ki, İngiltərə klubu “Atletik Bilbao”nun futbolçusu Daniel Vivianı transfer siyahısına daxil edib. 26 yaşlı ispaniyalı stopper hazırda “qırmızı şeytanlar”ın əsas hədəfi sayılır.

Futbolçunun sərbəstqalma məbləği 35 milyon avro təşkil edir.

Qeyd edək ki, Vivian cari mövsümdə 3 rəsmi matçda forma geyinsə də, məhsuldarlıq göstəricisi ilə yadda qalmayıb.

 

Chosen
91
1
idmanxeber.az

2Sources