EN

Ölkədə heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi artıb

Ölkə üzrə illik adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 2019-cu ildəki 40,8 kiloqramdan 2024-cü ildə 45 kiloqramadək artıb.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, bu dövrdə mal əti və ət məhsulları üzrə illik adambaşına olan istehlak həcmi 16,1 kiloqramdan 16,9 kiloqrama, qoyun və keçi əti və ət məhsulları üzrə 8,7 kiloqramdan 9,1 kiloqrama, quş əti və ət məhsulları üzrə isə illik adambaşına istehlak 15 kiloqramdan 18,1 kiloqramadək artıb.

Ölkənin heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi bütün növ ət və ət məhsulları üzrə 2019- 2024-cü illər ərzində 0,9 faiz bəndi artaraq 83,4 faiz təşkil edib. 2024-cü ilin sonuna mal əti və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 88,5 faiz, qoyun və keçi əti və ət məhsulları üzrə 96,5 faiz, quş əti və ət məhsulları üzrə isə 76,6 faiz təşkil edib.

Chosen
24
1
operativmedia.az

2Sources