Angelos Postekoqlu yenidən Premyer Liqada çalışacaq.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "Nottingem Forest"in yeni baş məşqçisi olacağı gözlənilir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A. Postekoqlu vəzifəsindən ayrılan Nunu Eşpirito Santunu əvəz edəcək.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis son olaraq "Tottenhem"i çalışdırıb. O, London klubu ilə Avropa Liqasının qalibi olub.