Nepalın keçmiş və sonuncu kralı Gyanendra Şah bir sıra böyük sosial media platformalarına qoyulan qadağadan sonra etiraz edənlərin tələblərinin qanuni və onlara cavab verilməli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Hindustan Times'' məlumat yayıb
Qəzet Şahın sözlərindən sitat gətirib: "Etirazçıların yaxşı idarəçilik və iqtisadi nizam-intizam tələbləri qanunidir və ölkənin gələcəyi üçün həll edilməlidir".
Keçmiş monarx həmçinin etirazçıları zorakılıq və anarxiyaya düşməməyə çağırıb və kənar qüvvələrin müdaxiləsinə qarşı xəbərdarlıq edib.