EN

Ukrayna Avropadan yeni anti-dron sistemlərialacaq

Almaniyanın “Rheinmetall” müdafiə konserni 2025-ci ilin sonuna kimi Ukrayna üçün “Skyranger” adlı müasir anti-dron sistemləri istehsal etməyi planlaşdırır.​​​​​​​

Redaktor.azxəbər verir ki, bu barədə şirkətin rəhbəri Armin Papperger ''ZDF'' telekanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər bir “Skyranger” sistemi təqribən dörd kilometrə qədər ərazidə pilotsuz uçuş aparatlarından (PUA) müdafiəni təmin edə bilir. “Bu sistemlər döyüş şəraitində PUA təhlükəsi olmadan əməliyyat keçirmək üçün imkan yaradır”, – deyə Papperger qeyd edib.

Şirkət rəhbəri həmçinin sentyabrın 10-da Ukrayna ilə yüz milyonlarla avro dəyərində müqavilənin imzalanacağını açıqlayıb.

Xatırladaq ki, “Skyranger” sistemləri yaxın mənzilli hava hücumundan müdafiə məqsədi daşıyır və döyüş şəraitində yüksək hərəkətlilik və sürətli reaksiya qabiliyyəti ilə seçilir.

Aminə ŞAHSUVARQIZI

Chosen
94
2
redaktor.az

3Sources