EN

Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti də olmalıdır - Nazir müavini

Bakı. Trend:

Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbirütbəni aşağı salmaq səlahiyyəti də olmalıdır.

Trend xəbərverir ki, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunlarınkomandanı general-leytenant Şahin Məmmədov Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünküiclasında çıxışı zamanı deyib.

General-leytenant bildirib ki, qanun layihəsində daxili işlərnazirinin səlahiyyətlərində daxili qoşunların hərbi qulluqçularınahərbi rütbələr verilməsi nəzərdə tutulub.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda həminvəzifələrin aşağı salınması da müəyyən olunub.

Daxili işlər nazirinə “Daxili qoşunlar haqqında” yeni qanunlayihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəlizabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyətiverilməlidir”, - deyə o qeyd edib.

Chosen
88
az.trend.az

1Sources