EN

Maduro savaşa hazırlıq mesajı verdi: "Sizin əsl niyyətiniz rejimimizi devirmək, sərvətimizi almaqdır"

 
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə hücum ehtimalının güclü olduğunu açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, ölkəsinin yerli telekanalına müsahibəsində deyib.

Nikolas Maduro ABŞ-ın Karib dənizindəki hərbi varlığını artırması barədə suala cavabda bildirib ki, Vaşinqtonun Venesuelanı "narkotiklərlə mübarizə" adı altında hədəf alması "maskalanmış kampaniya”sıdır: "Heç kim Venesuelanı aşağılaya bilməz. Biz ABŞ-ın alçaldılmasını heç vaxt qəbul etməyəcəyik. Venesuela heç bir imperializm qarşısında əyilməyəcək. Heç vaxt, nə bu gün, nə də sabah. Siz (ABŞ-ı nəzərdə tutur-Mia.az) narkotik bəhanəsi ilə bizə hücum etməyə çalışırsınız, amma biz sizin niyyətinizi dəqiq bilirik. Sizin əsl niyyətiniz rejimimizi devirmək, sərvətimizi almaqdır. Biz həm ordunu, həm də xalqı buna qarşı müdafiə etməyə hazırlayırıq".

Beynəlxalq medianın mövqeyini də tənqid edən Maduro deyib: "Mən xəbərlərə baxıram. Deyirlər ki, Venesuela ilə ABŞ arasında gərginlik var. Bu, belə deyil. Söhbət ABŞ-ın Venesuelaya qarşı aqressiv mövqeyidir. Əksər beynəlxalq xəbər agentlikləri "gərginlik artmaqdadır" tipli xəbər verir və Maduroları qüvvələri səfərbər edir. səfərbər edib. Hlabuki bizə qarşı hücum planı var. Nə etməliyik ki? Toparlanmamaıyq?"

Firudin Səfərli
MİA.AZ

Chosen
34
2
mia.az

3Sources