EN

Məbləğ bəlli oldu: AFFA Santuşa bu qədər pul ödəyib

Sentyabrın 8-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan milli komandasının baş məşqçi postundan göndərilən Fernandu Santuşun aldığı təzminatın məbləği məlum olub.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis vəzifəsindən 3 milyon avro qarşılığında getməyə razılıq verib. Müddəti 2027 -ci ilə qədər olan müqavilə onun əlini güclü edən məqam olub.

Qeyd edək ki, Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Ukrayna yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Chosen
66
publika.az

1Sources