BAKI, 9 sentyabr. TELEQRAF
ABŞ-də qalmaq üçün qanuni icazəsi olmayan onlarla Özbəkistan vətəndaşı həftə sonu Amerikadan öz ölkələrinə deportasiya edilib .
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Daşkənddəki səfirliyi məlumat yayıb.
Səfirlik bildirib ki, 39 vətəndaşın geri qaytarılması əməliyyatı sentyabrın 7-də başa çatıb. Qurum Özbəkistan hökumətinə ABŞ-nin deportasiya əməliyyatlarının asanlaşdırılmasında yaxın əməkdaşlığa görə təşəkkür edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftəsonu telefon danışığında ticarət, təhlükəsizlik və digər məsələlərdə birgə işləməkdən danışıblar.