Sakit okeanda zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Sakit okeanda Melaneziyanın ada dövləti olan Vanuatu yaxınlığında Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar çərşənbə axşamı, sentyabrın 9-na keçən gecə hiss olunub.
Zəlzələnin episentri dəniz səviyyəsindən 10 kilometr aşağıda, Vanuatunun İzangel şəhərindən 489 kilometr, Fici ada əyalətinin paytaxtı Suvadan 591 kilometr aralıda yerləşib.
Məryəm Quliyeva