EN

Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir

Bakı. Trend:

“AzRusTrans” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ləğv edilir.

Trend-inməlumatına görə, bu barədə QSC özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193ünvanına bildirə bilərlər.

Sözügedən QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnaməkapitalı 150 000 manat olan şirkətin qanuni təmsilçisi HeydərovOrxan Qasım oğludur.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın taxılyüklərinin dəmir yolu ilə daşımaları üzrə operatoru “Rusaqrotrans”QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yükdövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə“AzRusTrans” QSC müştərək müəssisəsini yaradıb. QSC RusiyaFederasiyasında və Azərbaycanda şəxsi qatar parkına sahibdir.

“AzRusTrans” QSC müxtəlif yüklərin, o cümlədən taxıl və digəraqrar yüklərin, meşə materiallarının, mineral gübrələrin, inşaat,konteyner və maye yüklərinin daşınmasını təşkil edir. Şirkət Rusiyavə Azərbaycan ərazisində limanlarda yükləmə - boşaltma da daxilolmaqla tranzit daşımalar sahəsində tam xidmət təqdim edir,çatdırma müddətlərini optimallaşdırır, vaqonların izlənməsinitəşkil edir, məsləhət və gömrük xidmətləri göstərir, fitosanitar vəbaytar nəzarəti də daxil olmaqla lazımi sənədlərirəsmiləşdirir.

Məqalədə:
Chosen
22
2
az.trend.az

3Sources