EN

Bolqarıstan millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev istefa verib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Bolqarıstan Futbol Federasiyası rəsmi məlumat yayıb.

Mütəxəssis, baş məşqçi dəyişikliyinin komanda ətrafında yaranan gərginliyi azaldacağına ümid etdiyini bildirib. İliyev, son dönəmlərdə yığmanın vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atsa da, əldə olunan nəticələrə görə məsuliyyət daşıyıb.

Qeyd edək ki, Bolqarıstan millisi, DÇ-2026-nın seçmə mərhələsində son olaraq İspaniya və Gürcüstana məğlub olub. İlian İliyev 2023-cü ildən etibarən bu vəzifəni icra edirdi.

Chosen
39
3
90deqiqe.az

4Sources