“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub.
QOL.az xəbər verir ki, komandanı Domeniko Tedesko çalışdıracaq.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb. 39 yaşlı mütəxəssisilə 2 illik müqavilə imzalanacaq.O, bu vəzifədə istefaya göndərilən Joze Mourinyonu əvəzləyəcək.
Qeyd edək ki, almaniyalı çalışdırıcısı son olaraq Belçika yığmasının baş məşqçisi olub.