EN

Azərbaycan və Rusiyanın birgə təsis etdiyi şirkət ləğv olunur

BAKI, 9 sentyabr. TELEQRAF

“AzRusTrans” Qapalı Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən QSC 2016-cı ilin oktyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın “Rusaqrotrans” QSC tərəfindən təsis edilib. Şirkətin yaradılmasında əsas məqsəd, ölkənin tranzit potensialını artırmaq, xüsusilə taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınmasını təmin etmək olub.

Şirkət, yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan, İran və Türkiyə ilə də yük daşımaları həyata keçirib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bu istiqamətdə daşımaların həcmini əhəmiyyətli dərəcədə artırıb.

QSC-nin nizamnamə kapitalı 150 min manatdır. Qanuni təmsilçisi isə Heydərov Orxan Qasim oğludur.

Chosen
12
teleqraf.com

1Sources