EN

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun xidmət müddəti uzadıldı

BAKI, 9 sentyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 70 yaşlı Valeri Gerasimovun hərbi xidmət müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Prezident Vladimir Putin sentyabrın 8-də Valeri Gerasimovun ad günündə onu "İgidliyə görə" ordeni ilə də təltif edib.

Qeyd edək ki, Gerasimov 2012-ci ildən Baş Qərargaha rəhbərlik edir və bu vəzifəsini müdafiə naziri Sergey Şoyqunun istefasından sonra da davam etdirir.

Chosen
51
teleqraf.com

1Sources