EN

Trampın müşaviri BRİCS ölkələrini “vampirlər” adlandırdı – “qanımızı sorurlar”...


ABŞ prezidenti Donald Trampın baş müşaviri Peter Navarro BRİCS ölkələrini sərt şəkildə tənqid edərək, onları “vampirlər” adlandırıb.

Navarro, BRİKS ölkələrinin ABŞ-a ixracatından asılı olduğunu vurğulayıb: "ABŞ-a ixrac edərək, adətən vampirlər kimi, ədalətsiz ticarət qaydaları ilə bizim qanımızı sorurlar”.

O, həmçinin BRİCS birliyinin davamlılığına dair şübhələrini ifadə edərək, üzv ölkələr arasında "nifrət və bir-birini məhv etmək istəyinin" olduğunu iddia edib.

İyulun əvvəlində ABŞ prezidenti Tramp BRİCS siyasətini dəstəkləyən ölkələrə əlavə 10 faizlik rüsum tətbiq etməklə hədələyib.Respublikaçı lider əlavə edib ki, BRİCS ölkələri dolların hökmranlığına meydan oxumağa çalışır: “BRİCS dolları, onun hökmranlığını və dollar standartını ələ keçirməyə çalışıb”.

Navarronun bəyanatları BRİCS ölkələri arasında iqtisadi və siyasi əlaqələrin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Ekspertlərin fikrincə, ABŞ-ın BRİCS-ə qarşı tənqidi və təhdidləri qlobal ticarət balanslarını və beynəlxalq münasibətləri yenidən formalaşdırmaq potensialına malikdir.

TAHİR

Chosen
82
baki-xeber.com

1Sources