EN

Dövlət satınalmalarının ÜDM-yə nisbəti 1,8 faiz bəndi artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda ÜDM-in, həmçinin, dövlət büdcəsininxərclərinin artması fonunda dövlət satınalmalarına cəlb olunmuşvəsaitin həcmində artım müşahidə edilib, əvvəlki illə müqayisədəsatınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 1,8 faiz bəndi,xərclərə nisbəti isə 5,3 faiz bəndi artmaqla, müvafiq olaraq 7,8%və 26,1% təşkil edib.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, ölkədə bu sahədə baş verən əsas dəyişikliklərdənbiri “Dövlət satınalmaları haqqında” Azərbaycan RespublikasıQanununun yeni redaksiyada qüvvəyə minməsi olub:

"Bu dəyişiklik həm dövlət satınalmalarının məbləğinə, həm dəmetodologiyasına əhəmiyyətli təsir göstərib. Yeni qanunvericilikçərçivəsi satınalmaların maliyyə vəsaiti hesabına həyatakeçirilməsini nəzərdə tutur ki, bu da Qanunun əhatə dairəsiningenişlənməsinə imkan yaradıb".

"Bundan əlavə, əvvəlki qanunda satınalmalardan istisna ediləbilən məbləğlər yeni qanunla əhatə dairəsinə daxil edilmişdir ki,bu da həm say, həm də məbləğ baxımından satınalmaların artmasınasəbəb olub.

2024-cü ildə ölkə üzrə 19602 satınalma proseduru baş tutub ki,bu da 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62%artım deməkdir. Satınalmaların ümumi məbləği isə 9845 mln. manattəşkil edib ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artımıgöstərir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
63
az.trend.az

1Sources