EN

Bal porsuğu filə hücum etdi

Zimbabvedə kiçik bal porsuğu turistlərin gözü qarşısında filə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə "LADbible" məlumat yayıb.

Heyvanlar arasında döyüş Sabl vadisində baş verib. Fil gölməçənin yanında gəzərkən qəfildən aqressiv bal porsuğu ona hücum edir. Fil heyvanı tapdalamağa çalışır, lakin o, toz-torpaq arasında qaçır və geri çəkilmir.

Bir anda iri heyvan qaçmağa çalışsa da, bal porsuğu onun arxasınca getməyə davam edir. Sonra fil dönür və porsuğa güclü təpik vuraraq onu özündən uzağa atır. Bu döyüşü turistlər lentə alıblar.

Qeyd edək ki, bal porsuqları Afrika və Asiyada yaşayan ətyeyən heyvanlardır. Nisbətən kiçik ölçülərinə baxmayaraq, inanılmaz qəddarlığı və qorxmazlığı ilə tanınırlar.

Chosen
29
publika.az

1Sources