EN

Bu şəhərdə qazın verilməsi dayandırılacaq

Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq. 

Bu barədə News24.az-a "Azəriqaz İB" Sumqayıt QİS-dən məlumat verilib.

Belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq. 

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Chosen
85
12
news24.az

10Sources