EN

Daha 6 komanda AFFA Yüksək Qızlar Liqasında iştirak etmək hüququ qazanıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2025/2026-ci illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:

“Liman” FK, “Sabah” FK, “Şəfa” FK, “Təhsil 8” FK, “Ümid” FK, “Zaqatala” QFK.

Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqası yarışlarında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb. Siyahı belədir:

1. Araz Naxçıvan PFK

2. Baku Juniors FK

3. Dirçəliş FK

4. Liman FK

5. Neftçi PFK

6. Qəbələ İK

7. Sabah FK

8. Sumqayıt FK

9. Şəfa FK

10. Təhsil 8 FK

11. Ümid FK

12. Zaqatala QFK

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
3
icma.az

10Sources