EN

Tel-Əvivdən Dohaya ölüm əmrini bunlar verdi: 15 təyyarənin qatıldığı gizli əməliyyatı idarə edənlərin FOTOsu

Musavat.com xəbər verir ki, İsrailin təhlükəsizlik xidməti Dohada HƏMAS rəhbərliyinə qarşı keçirilən hücum zamanı xüsusi əməliyyat komanda mərkəzindən çəkilmiş fotonu yayıb. Şəkildə İsrailin yüksək vəzifəli rəsmilərinin əməliyyatın gedişini yaxından izlədiyi anlar əks olunub.

Radio “Arutz Ẓahal”ın məlumatına görə, əməliyyata təxminən 15 hərbi təyyarə cəlb olunub və hədəflərə 10-dan çox idarə olunan sursat atılıb. Məqsəd HƏMAS rəhbərliyinin Dohada yerləşən qərargahını sıradan çıxarmaq olub.

Bu görüntülərin dərc olunması əməliyyatın miqyası və idarəetməsinin yüksək səviyyədə həyata keçirildiyini göstərir. Hadisə artıq Qətər və bütün ərəb dünyasında ciddi rezonans doğurub. Rəsmi Doha hücumu qətiyyətlə pisləyərək bəyan edib ki, ölkənin təhlükəsizliyinə və suverenliyinə təhdid yaradan hər hansı addım ən yüksək səviyyədə araşdırılacaq və İsrailin məsuliyyətsiz davranışına dözmək mümkün olmayacaq.

Ekspertlərin qənaətinə görə, Dohaya endirilən bu zərbə təkcə İsrail-HƏMAS qarşıdurmasının sərhədlərini aşmır, eyni zamanda Yaxın Şərq diplomatiyasının mərkəzi hesab edilən Qətərin statusunu da ciddi şəkildə sarsıdır.

Musavat.com

Chosen
56
musavat.com

1Sources