EN

Qızılın qiymətində TARİXİ REKORD

"Comex" birjasının məlumatına görə, dekabr ayı çatdırılması üzrə qızıl fyuçerslərinin qiyməti ticarət zamanı bir troy unsiyası üçün 3,7 min dolları ötüb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, qiymətli metalın qiyməti 0,43% artaraq Bakı vaxtı ilə saat 17:27-yə 3 701,7 dollar təşkil edib. Daha sonra artım sürətlənib və bir troy unsiyasının qiyməti 3703,4 dollara çatıb.

Artımın əsas səbəbinin əmək bazarı ilə bağlı zəif məlumatların açıqlanmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini endirəcəyi gözləntiləri olduğu güman edilir.

Chosen
169
publika.az

1Sources