EN

İsrailin Dohada HƏMAS liderlərinə qarşı əməliyyatının ilk görüntüləri


Musavat.com xəbər verir ki, İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirilən hava əməliyyatı barədə açıqlama yayıb. İsrailin təhlükəsizlik qurumları əməliyyatda bir neçə yüksək rütbəli HƏMAS üzvünün məhv edildiyini iddia edib.

İlk görüntülərdə hücumun nəticələri əks olunub. Kadrlarda Dohada partlayışların yaratdığı dağıntı və tüstü görünür. İsrail mediası bu əməliyyatın HƏMAS-ın rəhbər təbəqəsinə qarşı planlı şəkildə icra edildiyini yazır.

Qeyd edək ki, bu hücum regionda böyük rezonans doğurub. Qətər hadisəni qətiyyətlə pisləyərək ölkənin suverenliyinə və təhlükəsizliyinə təhdid yaradan addımlara dözməyəcəyini açıqlayıb.

Musavat.com

Chosen
28
3
musavat.com

4Sources