EN

Simonyandan Bakı ilə razılaşmaya qarşı çıxan Ermənistan müxalifətinə təpki

BAKI, 9 sentyabr. TELEQRAF

"Ermənistan müxalifəti tükənib".

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Yerli müxalifətin Azərbaycan-Ermənistan razılaşmalarına münasibətinə toxunan spiker qeyd edib:

"Artıq beş ildir eyni sözləri deyirsiniz. Xoşbəxtlikdən sözləriniz də tükənib. Artıq diktə edə, gündəmi formalaşdıra bilmirsiniz və heç vaxt formalaşdıra bilməyəcəksiniz".

Simonyan Ermənistan müxalifətini bu istiqamətdə düşünməyə çağırıb.

Chosen
72
teleqraf.com

1Sources