EN

U-21 millimizdən Bolqarıstan yığması ilə heç-heçə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Bakıdakı “Dalğa Arena”da baş tutmuş qarşılaşmanı albaniyalı referi Florian Lata idarə edib. Oyunda hesabı ilk hissənin sonlarında millimiz açıb. Amma qonaqlar qısa zaman içində buraxılmış qolun əvəzini çıxa biliblər. Yekunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Xatırladaq ki, U-21 millimiz ilk turda səfərdə Portuqaliya ilə qarşılaşmışdı və 0:5 hesablı məğlubiyyətə üzülmüşdü. Bolqarıstan isə doğma meydanda Cəbəllüttariqi 3:0 hesabıyla üstələmişdi.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparır. U-21 qrupda növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
9 sentyabr

Azərbaycan – Bolqarıstan 1:1
Qollar: Emin Rüstəmov, 41 – Nikola İliyev, 44.
Hakimlər: Florian Lata, Erind Burqu, Reydi Zaimi, Kreşnik Çyapi (hamısı Albaniya).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 1. Səlim Həşimov, 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 20. Ayxan Süleymanlı (k) (4. İbrahim Ramazanov, 46), 3. Rüfət Abbasov, 17. Nihad Əhmədzadə, 8. Emil Süleymanov (18. Oruc Məmmədov, 75), 23. Şahin Şahniyarov (13. Hikmət Cəbrayılzadə, 86), 11. Xəyal Əliyev, 14. Nahid Əliyev (7. Murad Məmmədov, 65), 9. Ağadadaş Salyanski.
Ehtiyat oyunçular: 12. Rəvan Mirzəmmədov, 2. Eşqin Əhmədov, 10. Edqar Adilxanov, 19. Sadiq Şəfiyev, 21. Sənan Muradlı.
Məşqçi: Elnur Çodarov.

Bolqarıstan: 23. Aleks Bojev, 6. Martin Georgiyev, 14. Teodor İvanov, 5. Mixail Polendakov, 15. Dimitar Papazov, 16. Çvetoslav Marinov, 22. Asen Mitkov (21. Petko Panayotov, 67), 10. Nikola İliyev (k), 13. Georgi Lazarov (7. Roberto Rayçev, 66), 18. Kristiyan Balov (19. Nikolay Zlatev, 79), 11. Borislav Rupanov (9. Boris Dimitrov, 79).
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 2. Zaxari Atanasov, 3. Viktorio Valkov, 4. Kubrat Yonaşçı, 8. Antoan Stoyanov.
Baş məşqçi: Aleksandr Dimitrov.

error: Məzmun qorunur!
Chosen
26
5
arena.az

10Sources