EN

İsrail bu dəfə Qətəri vurdu - Səudiyyədən Təl-Əvivə sərt xəbərdarlıq...


Qəzzada hücumlarını davam etdirən İsrail ordusubu dəfə Qətərin paytaxtı Dohaya zərbələr endirib. İsrail Müdafiə Qüvvələri HƏMAS-ın danışıqlar qrupunun hədəf alındığını bildirib. Hücumdan sonra şahidlər şəhərdə 12-14 ayrı partlayışın olduğunu bildiriblər.

İsrail mediası ölkə rəsmisinə istinadən yazıb ki, hücumda HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyya hədəf alınıb. HƏMAS-ın yüksək rütbəli mənbəsi bildirib ki, HƏMAS liderləri Dohada ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı təklif etdiyi atəşkəs təklifini müzakirə edərkən hədəfə alınıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən "HƏMAS terrorçu liderlərinə qarşı bugünkü əməliyyat tamamilə müstəqil İsrail əməliyyatıdır. İsrail bunu başlatdı, yönləndirdi və bütün məsuliyyəti daşıyır" deyə bildirilib. İsrail HƏMAS rəhbərliyinə hücumu “Alov zirvəsi” adlandırıb.

“Reuters”in verdiyi məlumata görə, İsrail Dohada Xəlil əl-Həyyanın öldürülməsi barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

İsrail mediasının məlumatına görə, Dohada Həmas liderlərini hədəf alan əməliyyat yalnız təhlükəsizlik şurasının bəzi üzvləri ilə paylaşılıb və gizli saxlanılıb. İsrail mediası həmçinin hücumda Xəlil əl-Hayyanın öldürüldüyünü yazıb. HƏMAS-a yaxın mənbə isə “Əl-Cəzirə” telekanalına bildirib ki, İsrailin sui-qəsd cəhdində hədəf alınan Doha toplantısının bütün üzvləri hücumdan sağ çıxıblar.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qətərdə HƏMAS siyasi bürosunun bir neçə üzvünün toplaşdığı binaya edilən hücumu "mümkün olan ən sərt şəkildə pislədiklərini" bildirib. Əl-Ənsari bildirib ki, bu cinayət hücumu bütün beynəlxalq hüquq və normaların açıq şəkildə pozulmasıdır və qətərlilərin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Qətər həmçinin İsrail və Qəzza arasında atəşkəs danışıqlarında artıq vasitəçilikdən çəkildiyini bəyan edib. “Əl Ərəbiyyə” televiziyası isə Qətərdəki vasitəçilik danışıqlarının Dohadakı hücumdan sonra növbəti xəbərdarlığa qədər dayandırıldığını bildirib.

Bu arada, Səudiyyə Ərəbistanı İsrailin Dohaya hücumu ilə bağlı sərt açıqlama yayıb. Ər-Riyad hökuməti xəbərdarlıq edib ki, İsrail “cinayətkar pozuntularını davam etdirərsə, ağır nəticələrlə üzləşəcək”. Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Krallığın Qətəri dəstəkləmək üçün bütün imkanlarından istifadə etməyə hazır olduğunu bildirib.

TAHİR

Chosen
18
50
baki-xeber.com

10Sources