Kişi basketbolçular arasında Avropa çempionatında ilk yarımfinalçı bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, 1/4 final mərhələsində Polşa yığması ilə qarşılaşan Türkiyə millisi rəqibini 91:77 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Bu gün keçiriləcək digər 1/4 final görüşündə Litva və Yunanıstan yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının yarımfinal oyunları sentyabrın 12-də keçiriləcək. Turnirin qalibi və bürünc medalçısı isə sentyabrın 14-də təşkil olunacaq final və üçüncülük matçlarında müəyyənləşəcək.