EN

Bu çayı yeməklə bir içmək olmaz -Həkimdən xəbərdarlıq

Matça çayı dəmirin orqanizm tərəfindən mənimsənilməsini azalda bilər.

Milli.Az xəbər verir ki, bunu biotexnoloq Mariya Zolotaryova bildirib. Onun dediyinə görə bu bəzi insanlarda qanazlığına yol aça bilər.

"Sağlam insanlar üçün gündə 1-2 fincan matça təhlükə yaratmır. Amma üç qrup şəxs risk altındadır: artıq dəmir çatışmazlığı olanlar, anemiyaya meyilli şəxslər və ciddi veqan pəhrizi saxlayanlar".

Mütəxəssis vurğulayıb ki, matça antioksidantlarla zəngin olsa da, dəmirin sorulmasını çətinləşdirir. Tədqiqatlar göstərir ki, çayı yeməklə birlikdə qəbul etmək bu təsiri gücləndirir.

Riskdən qorunmaq üçün matçanı yeməklə eyni vaxtda deyil, yeməklər arasında içmək məsləhət görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
5
olaylar.az

6Sources