EN

Türkiyə Polşanı məğlub edərək AVRO 2025 də yarımfinala yüksəlib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Türkiyə və Polşa milli komandaları arasında 2025-ci il basketbol üzrə Avropa çempionatının 1/4 final oyunu başa çatıb. Türkiyəlililər 91:77 hesabı ilə inamlı qələbə qazanıblar.

Qalib komandanın ən məhsuldar oyunçusu mərkəz Alperen Şengün olub. O, komandasına 19 xal, 12 ribaund və 10 məhsuldar ötürmə gətirib. Polşa millisinin heyətində ən yaxşı çıxışını qvardiya Cordan Lloyd nümayiş etdirib. O, 19 xal, üç ribaund və iki məhsuldar ötürmə ilə yadda qalıb.

2025-ci il Basketbol üzrə Avropa Çempionatı avqustun 27-də başlayıb. Yarış dörd ölkədə: Kipr, Finlandiya, Polşa və Latviyada keçirilir və sentyabrın 14-də başa çatacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
1
icma.az

2Sources