EN

“Nitsa”dan ayrılan Braimi “Santos”a keçir

“Nitsa” ilə yollarını ayıran Bilal Braimi Braziliya çempionatında çıxış edə bilər.

90deqiqe.Az-ın “L’Equipe”yə istinadən yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçi sentyabrın 1-də klubla müqaviləsini ləğv edib və azad agent statusu qazanıb. Bu müddət ərzində ona Körfəz ölkələrindən bir neçə təklif gəlsə də, ən ciddi variant Braziliyanın “Santos” klubundan olub.

Mənbənin məlumatına əsasən, “Santos” əlcəzairli futbolçuya iki illik müqavilə və əlavə olaraq bir il uzatma imkanı təklif edib. Braiminin qərar verməsi üçün bir neçə günü var.

Qeyd edək ki, əlcəzairli oyunçu daha əvvəl “Le Man” və “Sent-Trüyden”də çıxış edib. Ötən mövsüm isə 30 matçda meydana çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb (bunlardan 2 matçı “Nitsa”, qalanı isə “Sent-Trüyden”də olub).

Chosen
33
90deqiqe.az

1Sources