İsrail ordusunun hücumu zamanı HƏMAS hərəkatının bütün liderləri Dohadakı binada olublar.
Bu barədə “Axios” portalı kəşfiyyat dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.
"Mənbənin məlumatına görə, HƏMAS-ın bəzi liderləri görüş üçün hətta Türkiyədən Dohaya gəliblər. Yüksək rütbəli kəşfiyyat rəsmisi zərbənin endirildiyi vaxt təşkilatın yüksək vəzifəli liderlərinin hamısının binada olduğunu bildirib. İtkilərlə bağlı hələlik məlumat yoxdur", - məlumatda deyilir./APA
Tarix: 9 Sentyabr 2025, 21:17