EN

Metroda yeni ödəniş sistemiVİDEO

Metroda üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiq olunması müzakirə edilir.

Xezerxeber.az xəbər verir ki, sistem ilk dəfə "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə müzakirə olunub və hazırda sınaqdan keçirilir. Paralel olaraq Bakı metrosunda da oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, metroda "Face İD" sisteminin tətbiqi sərnişinlər üçün bir sıra üstünlüklər gətirə bilər.

İKT üzrə mütəxəssis Elvin Abbasov deyir ki, bu sistem artıq bir çox ölkələrdə istifadə olunur və sıxlığın azaldılmasında böyük rol oynayır.

Sistem əgər uğurlu olarsa, istifadə dairəsinin genişləndirilməsi planlaşdırılır. Məsələn, gələcəkdə həm avtobuslarda, həm də taksilərdə istifadəsi istisna edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
26
xezerxeber.az

1Sources