16 yaşlı yeniyetmə küçədə bıçaqlanıb.
Xezerxeber.az xəbər verir ki, hadisə Mingəçevirin Təbriz küçəsində baş verib.
Məlumata görə, əvvəlcə 3 yeniyetmə məktəbli arasında mübahisə yaranıb. Daha sonra isə onlardan biri bıçaqlanıb. Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Polis hadisəni nəzarətə götürüb və əməliyyat keçirilib.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinənlə xəsarət alan şəxs eyni məktəbin şagirdləridir. Onların arasındakı mübahisənin söyüşə görə olduğu iddia edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.