Yazını böyüt
Yazını kiçilt
Beyləqanda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Bünyadlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin və dam örtüyünün yanar konstruksiyaları 85 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.