EN

U-21 millimiz Bolqarıstandan xal aldı

Bu gün 21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində 2-ci turun matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yarışan komandamız Bolqarıstan komandasını qəbul edib. "Liv Bona Dea Arena"da keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu gün əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün Bolqarıstanla matçda U-21-ə onun köməkçisi Elnur Çodarov rəhbərlik edib.

Xatırladaq ki, yığmamız seçmə mərhələdə ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Bolqarıstan isə Cəbəllütariqə qalibgəlib - 3:0.

Azərbaycan - Bolqarıstan - 1:1
Emin Rüstəmov, 41 - Nikola İlyev, 44
Baş hakim: Florian Lata (Albaniya)

Chosen
48
19
football-plus.az

10Sources