EN

Zəngəzur dəhlizinin tikinti işləri nə vaxt yekunlaşır?VİDEO

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Çin - Avropa Dəmiryol Ekspres marşrutu üzrə sayca 237-ci blok-qatarın Abşeron Logistika Mərkəzindəki qarşılanma mərasimində deyib. Nazirlik rəsmisi bildirib ki, dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan da danışan Fariz Əliyev qeyd edib ki, Çinin Cijang əyalətindəngöndərilən Yivu-Bakı qatarı ilə gətirilmiş konteyner yüklər Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndəriləcək. Orta dəhlizin əhəmiyyətinə toxunan şöbə müdiri bu dəhliz vasitəsilə göndərilən yüklərin həcminin 5 dəfəyə qədər artdığını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
40
1
xezerxeber.az

2Sources