EN

Volodin Fransada Makrona qarşı narazılıqlardan danışdı

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fransa prezidenti Emmanuel Makronun səkkizillik fəaliyyətini tənqid edərək, ölkənin bu dövrdən «yorulduğunu» bildirib.

Editor.az xəbər verir ki, Volodinin sözlərinə görə, son doqquz ay ərzində Fransa hökumətinə iki dəfə etimadsızlıq göstərilib və hər iki halda parlamentdə əksəriyyət – 364 deputat bu qərarı dəstəkləyib.

Rusiya rəsmisi qeyd edib ki, Fransa hökumətinə indiyədək ümumilikdə üç dəfə etimadsızlıq səsverməsi keçirilib və onlardan ikisi Makronun prezidentliyi dövrünə təsadüf edib.

//Samir Qurbanov, Editor.az

Chosen
91
editor.az

1Sources