Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun heç-heçə başa çatıb - 1:1.
Oyunun 51-ci dəqiqəsində Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. 72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb. pizza hut
O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.
Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.
Telegram kanalımız