EN

Ağ Evdən Dohanın vurulmasına REAKSİYA

ABŞ Prezidenti Donald Tramp İsrailin Dohadakı hava hücumlarından sonra İsrailin baş naziri Binyamin Netanyahu və Qətər əmiri ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livit brifinqdə bildirib.

ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, Tramp Qətər liderini əmin edib ki, “onların torpaqlarında bir daha belə bir şey olmayacaq”. Eyni zamanda, ABŞ prezidenti hesab edir ki, “kədərli hadisə sülh üçün fürsət ola bilər”.

Eyni zamanda, Ağ Ev hesab edir ki, bu cür hücumlar İsrail və ABŞ-ın məqsədlərinə çatmağa kömək etmir.

“Bizə sülhə nail olmaq üçün böyük səylər göstərən və cəsarətlə risklər götürən, suveren ölkə və ABŞ-ın yaxın müttəfiqi olan Qətəri birtərəfli bombardman etmək nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət etmir”, - deyə Livit bildirib.

Chosen
22
publika.az

1Sources